İranda 46 nəfər tutuldu - İnstagramdakı paylaşımına görə

İranda 46 nəfər tutuldu - "İnstagram"dakı paylaşımına görə

17:31     18 İyul 2018 hebs5.jpg


İranın cənubunda yerləşən Bəndə Abbas şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin 46 istifadəçisi tutulub.

Femida.az xəbər verir ki, tutulanlardan 8-i qadındır.

Bildirlib ki, onlar İran qaydalarına uyğun olmayan fotolarını paylaşdıqları üçün saxlanılıblar.

Tutulanların çoxunun fotoqraf, gözəllik salonu və şadlıq evlərində işlədikləri məlum olub. Məsələ ilə bağlı polisdən bildirilib: “Onlar mütəşşəkkil şəkildə İslam Respublikası mədəniyyətinə zərər vermək niyyəti ilə bu aksiyanı keçiriblər”.

Femida.az

Açar sözlər: İran  

Oxunub: 242