Quş əti istehsal edən sex bağlandı


22:16     12 May 2015 fc1256667f2.jpg

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib


Xidmətdən Femida.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyən olunub. Araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib.

Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) aşkar edilib. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb.

Açar sözlər:

Oxunub: 928