İtkin düşən məktəbli tapıldı


00:52     19 İyul 2018 2018/07/B791EAB3-6C86-45DD-9526-2E77B15BB4C7_1531933183.jpeg

Astarada itkin düşən 8-ci sinif şagirdi tapılıb.

Femida.az-ın məlumatına görə, rayonun Siyaku kənd sakini, 14 yaşlı Tural Səxavət oğlu Hümmətzadə bulvar ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, T. Hümmətzadə iyulun 14-də evdən çıxıb, geri qayıtmamışdır.

Onun evdən getməsinə səbəb isə idmandan gec gəldiyi üçün anasının danlaması olub.

Femida.az

Açar sözlər:

Oxunub: 655