Fransada turistlərə bu yerlərə getmək qadağan olundu


01:36     19 İyul 2018 fransa%20partlama.jpg

Fransa hökuməti Monblan və "Kral marşrutu"na məhdudiyyət qoyub.

Femida.az xəbər verir ki, məhdudiyyət bura çoxlu sayda turistlərin gəlməsilə bağlıdır. Belə ki, həmin yerlərdə böyük insan sıxlığının yarandığı bildirilib.

Qeyd olunur ki, məhdudiyyət 8 gün müddətinə tətbiq olunur.

Məlumata görə, həmin yerlərə yalnız daha öncədən sifarişlə bron etmiş turistlər buraxılacaq.

Ümumiyyətlə isə belə qərarın həmin ərazidə təhlükəsizlik və çirklənmə səviyyəsini qorumaq üçün atıldığı bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 341