Ərəb turist icarəyə götürdüyü avtomobillə qəza törətdi

Ərəb turist icarəyə götürdüyü avtomobillə qəza törətdi

09:02     19 İyul 2018 big_1405422456_qeza.jpg

Nəsimi rayonunda iki avtomobil toqquşub.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü "KİA" avtomobillə A.A Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" "KİA" ya çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Sürücülərin ifadələri alınıb.

Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər: #turist   #Bakı   #qəza  

Oxunub: 349