Qanunsuz ov edənlərdən silah və pul alındı
14:16 19 İyul 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reyd keçirilir.
Nazirliyin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ova cəhd edən Masallı rayon sakini Şahmar Kərimov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 6 ədəd patron götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və 1000 manat məbləğində cərimə tətbiq olunub.
Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan Biləsuvar rayon sakini Vüqar Qiyasov saxlanılıb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 700 manat məbləğində cərimə edilib.
Femida.az
Oxunub: 457
Oxşar xəbərlər
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Goranboydakı mövqelərini atəşə tutub
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
- Qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb