Vəkillərin peşə bayramı günü qeyd olunacaq
14:22 19 İyul 2018
Azərbaycanda 30 iyul vəkillərin peşə bayramı günü kimi qeyd olunacaq.
Femida.az-ın məlumatına görə, bu barədə qərar bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında qəbul olunub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, vəkillərin peşə bayramının təsis olunması zəruridir və bununla əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradılıb.
Komissiya tərəfindən çoxsaylı arxiv sənədləri üzərində aparılan araşdırma və təhlillər nəticəsində 1919-cu ilin 30 iyul tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılması tarixi olmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Vəkillər Kollegiyası Rəyasət Heyətinə təklif edib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında bu barədə qərar yekdilliklə qəbul olunub.
Femida.az
Oxunub: 3916
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər