Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı


20:41     02 Oktyabr 2015 4200_bbwjt2xtuy.jpg


Millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.

Bu barədə AzVision.az-a T.Rüstəmxanlı özü məlumat verib.

Bildirib ki, namizədliyinin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına şikayət edəcək.

Qeyd edək ki, Tənzilə Rüstəmхanlı 42 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyini irəli sürmüşdü. 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır.

M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib .

Açar sözlər:

Oxunub: 1019