İkinci ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR! - İmtahansız qəbul
20:36 19 İyul 2018
2018/2019 -cu tədris ilində Azərbaycan Texniki Universitetində (AzTU) 16 ixtisas üzrə ikinci ali təhsil almaq üçün qəbul elan olunub.
Femida.az-a Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, ikinci ali təhsil almaq üçün qəbul elan edilən ixtisasların siyahısı belədir:
*Maşınmühəndisliyi
* Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
* Nəqliyyatda daşımaların və idərəetmənin təşkili mühəndisliyi (Avtomobilnəqliyyatında )
* Nəqliyyatda daşımaların və idərəetmənin təşkili mühəndisliyi (Dəmiryolnəqliyyatında)
* Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)
* Elektrik mühəndisliyi
* Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
* Metallurgiya mühəndisliyi
* Ekologiya mühəndisliyi
* Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
* Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
* Kompüter mühəndisliyi
* İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
* Biotibbi texnologiya mühəndisliyi
* Sənayenin təşkili və idarə olunması
* Menecment
Sənayenin bir çox istiqamətlərini əhatə edən bu ixtisaslara yiyələnmək arzusunda olanlar sənədlərini iyul ayının 23 – dən avqust ayının 31-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10.00- dan 16.00- dək Azərbaycan Texniki Universitetinə (əsas bina, 3 – cü mərtəbə, tədris hissəsi) təqdim edə bilərlər.
İkinci ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından çıxarış (diploma əlavə - saatların miqdarını göstərməklə) ;
- əmək kitabçasının surəti ;
- işlədiyi müəssisə, təşkilat və ya idarədən arayış;
-3х4 sm ölçüdə 6 ədəd fotoşəkil
-pasport və ya şəxsiyyət vəsiqəsinin surəti
İkinci ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə əvvəlki ali təhsilin seçdiyi ixtisasa uyğunluğundan asılı olaraq müvafiq kursa qəbul olunurlar.
Təhsil Azərbaycan dilində və ödənişli əsaslarla təşkil olunacaq.
Qeyd edək ki, hər bir ali təhsilli vətəndaş ikinci ali ixtisas təhsili ala bilər. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər. 1993 – cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin də diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindəın tanındıqdan sonra universitetdə əlavə ixtisas təhsili almaq üçün müsabiqədə iştirak edə bilərlər.
Ünvan: Bakı şəhəri, H. Cavid prospekti 25, telefon: (+99412) 538-33-34
Femida.az
Oxunub: 13261
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Prezident xaricdə təhsillə bağlı Dövlət Proqramını təsdiq etdi SƏRƏNCAM