Azərbaycan banklarını soyan moldovalı hakerə ağır cəza
20:49 19 İyul 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində Moldova vətəndaşı Petroviç Sergey Aksentiyeviçin CM-nin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 273.4-cü (elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.
Femida.az-ın məlumatına görə, ittiham aktına əsasən, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvü Petroviç Sergey Aksentiyeviç Azərbaycan hüdudularından kənarda saxlanılıb.
Ötən il dekabrın 30-da o, Azərbaycana ekstradisiya edilib.
Müəyyən edilib ki, Sergey Petroviç bankomatlara kart daxil etmədən 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxarıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Femida.az
Oxunub: 616
Oxşar xəbərlər
- DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
- ABŞ rusiyalı hakerlər haqqında məlumat qarşılığında 10 milyon dollar təklif edir
- Müharibədə Ermənistan yunan hakerlərdən dəstək alıb
- Hakerlər “Facebook”un qurucusunun da şəxsi məlumatlarını oğurlayıb
- Azərbaycanlı hakerlər Ermənistan hökumətinin 1 milyon dollarlıq sənədlərini internetə sızdırdı
- Azərbaycanlı hakerlər 90-dək erməni saytını dağıdıblar
- Azərbaycanlı hakerlər Paşinyanın rəsmi saytını dağıtdı
- Nazirlik: Saytalara haker hücumu olmayıb
- 85 min manatı öz hesabına köçürən haker tutuldu - Polisdən uğurlu əməliyyat
- Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib