FHN statistika açıqladı: 124 ölü, 236 yaralı
21:07 19 İyul 2018
2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 6814 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 1446 hadisə və ya 27% çoxdur.
Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər həlak olub, 118 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 54 nəfər xilas edilib, 1047 nəfər təxliyə olunub.
2018-cı ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 6690 çıxış edilib. Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar –1027 çıxış, açıq sahələrdə yanğınlar –4189 çıxış, meşə və meşə talalarında yanğınlar 2, nəqliyyat vasitələrində yanğınlar –167 çıxış, digər yanğınlar – 1305 çıxış təşkil edib.
Yanğın hadisələri zamanı 54 nəfər həlak olub, 86 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 54% coxdur, xəsarət alanlar üzrə 12 nəfər və ya 12% azdır.
2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 37 partlayış hadisəsi baş verib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə və ya 21% azdır. Partlayışlar zamanı 8 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.
Femida.az
Oxunub: 545
Oxşar xəbərlər
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb