İordaniya şahzadəsi Cocuq Mərcanlıya səfər edib
22:13 19 İyul 2018
İodaniya şahzadəsi Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, şahzadə Mirad bin Raad əl-Hüseyni Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA nümayəndələrinin müşayiəti ilə bu gün Cocuq Mərcanlıda olub. Onu Cəbrayıl və Füzuli rayon İH icra başçıları qarşılayıb.
Qonaq Cocuq Mərcanlı sakinləri ilə söhbət edib, kənd məktəbi ilə tanış olub, məscidə gedərək axundla görüşüb. O, işğaldan sonra rayon ərazisini tərk etməyən kənd sakini Oktay Həziyevin qonağı olub.
Mirad bin Raad əl-Hüseyni bildirib ki, Cocuq Mərcanlı kiçik olsa da, gözəl inşa edilib: “Burada gördüyüm bütün şərait - infrastruktur çox yüksək səviyyədə təşkil olunub. Bu, dövlətin nailiyyətidir”.
Femida.az
Oxunub: 593
Oxşar xəbərlər
- İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
- İordaniya səfiri XİN-ə çağırıldı - Ermənistana silah satışına görə
- İordaniya Kralı Azərbaycan Prezidentinə məktub yazıb
- İordaniya Azərbaycana yeni səfir təyin edib
- İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib
- İordaniya kralı və TURKSOY-un prezidenti İlham Əliyevi təbrik etdi
- İordaniyada yenidən nümayişlər başladı
- İordaniya Kralı İlham Əliyevi təbrik edib