Parklanma ilə bağlı yeni normalar müəyyənləşdiriləcək


22:43     19 İyul 2018 2018/07/photo_35100_1532008438.jpg

Yeni inşa edilən yaşayış, ictimai iaşə və xidmət obyektlərində parklanma yerlərinə dair yeni normaların müəyyən edilməsi ilə təkliflər hazırlanıb.


Femida.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, dünya təcrübəsinə əsasən hazırlanan təkliflər Dövlət Şəhərsalma və Arxitektura komitəsinə də təqdim edilib.

Vüsal Kərimli bildirib ki, inşa edilən binalarda parklanma yerlərinin olmaması şəhər nəqliyyatında, xüsusən də nəqliyyat axınında ciddi problemlər yaradır: "Bu səbəbdən həm mərkəzi həm də əsas yollarda nəqliyyatın hərəkətində sıxlıqların yaranır".

Femida.az

Açar sözlər:

Oxunub: 597