Palata nazirliyə ayrılan vəsaitləri yoxladı


00:55     20 İyul 2018 18_07_19_1532008788.jpg


Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.


Palatadan Femida.az-a verilən məlumata görə, kollegiya iclasında Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair, Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsi üzrə vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsindən Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair auditin nəticələrinə dair həyata keçirilmiş hesabatlar müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

Kollegiya iclasında INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun 11-13 iyul 2018-ci il tarixində Hindistanın Heydərabad şəhərində keçirilən illik iclasında iştirakı ilə bağlı Dövlət investisiyalarının auditi şöbəsinin əməkdaşı Elvin Hacıyevin məruzəsi dinlənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 393