İki il əvvəl törədilən cinayətin üstü açıldı
23:45 19 İyul 2018
Quba rayonunda iki öncə törədilən oğurluq faktının üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il mayın 31-də rayonun Qırmızı qəsəbəsi ərazisində yerləşən evlərin birinə daxil olaraq soyğunçuluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Xanməmmədov saxlanılıb.
Dindirilmə zamanı F.Xanməmmədov istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq qrup təşkil etdiklərini və zərərçəkən şəxsin evinə daxil olduqlarını, ev sahibinin əl və ayaqlarını yapışqan lentlə bağlayaraq 400 ABŞ dolları, bir ədəd brilliant qaşlı qızıl üzük, bir cüt brilliant qaşlı sırğa və iki ədəd qızıl boyunbağı oğurladıqlarını, soyğunçuluq yolu ilə əldə etdikləri əşyaları Bakıda yerləşən qızıl alqı-satqısı məntəqələrində satıb, pulları öz aralarında böldüklərini bildirib.
Cinayətdə istifadə olunan gözyaşardıcı sprey, yapışqan lent və kapron bağlama maddi sübut kimi istintaqa təqdim olunub.
F.Xanməmmədovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Məlum olub ki, adı çəkilən şəxs istintaqa məlum olmayan digər şəxslərlə birlikdə bu il iyunun 25-də Quba rayonunda yerləşən “Nizami” adına parkda rayonun I-ci Nügədi kənd sakini S.Qurbanova qarşı xuliqanlıq edib, onu döyərək, sağlamlığına zərər vurublar.
Saxlanılan F.Xanməmmədovun və digər şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır. Faktlarla bağlı F.Xanməmmədovun barəsində cinayət işi açılıb.
Hadisədə iştirak etmiş digər şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 391
Oxşar xəbərlər
- İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- İki rayon və bir şəhərə yeni prokuror təyin edildi
- İki aydır komada olan hərbçi vəfat etdi
- İki gündə toylara görə 16 nəfər cərimələnib
- İki nazirlik Yardımlıdakı yanğınla bağlı məlumat yaydı
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
- İki media işçisi Kəlbəcərdə minaya düşərək həlak oldu
- İki nəfər evdə halsız vəziyyətdə tapıldı
- İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM