FHN 2 azyaşlını xilas etdi


13:34     20 İyul 2018 fhn%20bagli%20qapi7.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: FHN   Azyaşlı   Xilas   Əməliyyat  

Oxunub: 430