Bu günün havası - Yağış, leysan, dolu
13:55 20 İyul 2018
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
İyulun 20-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 20-21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Belə ki, Bakıda və Abşeron yarımadasında iyulun 20-si axşamdan 23-ü gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Femida.az
Oxunub: 727
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb