Tələbə qızın əyləncəsi faciə ilə bitdi - Baş dərisi qopdu (VİDEO)


14:33     20 İyul 2018 2018/07/5b50f31a61361f16180eba75_1532069197.jpg

Türkmənistandan Türkiyəyə oxumağa gedən tələb qız ağır yaralanıb.


Femida.az hurriyet-ə istinadən xəbər verir ki, Ondokuz Mayıs Universitetinin 4-cü kus tələbəsi 22 yaşlı Nurjemal Annalyyeva Samsunun İlkadım qəsəbəsində Go-Kart yarış avtomobilinə minəndə saçları təkərə ilişib. Nəticədə onun baş dərisi qopub.

O, təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2013-cü ildə də Adapazarında buna bənzər hadisə baş vermiş, 24 yaşlı Sakarya Universitetinin 3-cü kurs tələbəsi Tuğba Erdoğan faciəli şəkildə ölmüşdü.



Femida.az

Açar sözlər:

Oxunub: 7035