Prezident Parisdə bır sıra görüşlər keçirib - FOTO


14:58     20 İyul 2018 2018/07/15320-1532069856_3064140502.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

Femida.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirdi.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.




Femida.az

Açar sözlər:

Oxunub: 351