Belarusun Azərbaycana silah satmasından narahatam - Paşinyan

"Belarusun Azərbaycana silah satmasından narahatam" - Paşinyan

11:16     20 İyul 2018 18_07_20_1532071137.jpg


Ermənistanın Baş naziri Nikol Pashinyan "Radio Europe"a müsahibəsində Belarusiya ilə münasibətlərdən danışıb. Femida.az xəbər verir ki, o, Belarusun Azərbaycana silah satmasından ciddi narahat olduqlarını dilə gətirib:

"Belarusla yaxşı münasibətlərimiz və əlaqələrin inkişafı üçün böyük potensialımız var. Bundan istifadə etməliyik. Lakin Belarusun Azərbaycana silah satmasıyla bağlı böyük narahatlığımız var. Bu əlaqələrimizdə böyük problemlər yaradır. Bu narahatlığı Lukaşenkoya da bildirmişəm. Bilirsiniz ki, Ermənistan və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir, hərbi siyasi partnyorlarıq. Bu baxımdan problem daha da böyüyür".

Xatırladaq ki, Azərbaycandan Belarusdan ümumi dəyəri 170 milyon dollar olan silahlar almışdı. Anlaşmaya əsasən, Belarusa "Polonez" raket sistemini də Azərbaycana satmağa razılıq vermşdi.

Bundan sonra İrəvan Minskə reaksiya göstərmişdi. Ermənistan Milli Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan Ermənistanın narahatlığını Belarusun Yerevandakı səfiri İqor Nazaruka çatdırmışdı.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Belarus   #Azərbaycan   #Ermənistan   #Paşinyan   #silah   #Polonez  

Oxunub: 1726