3 yaşlı Aytacın ölümü ilə bağlı cinayət işi açıldı
15:22 20 İyul 2018
Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Prokurorluq ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmağı tövsiyə edib.
Femida.az
Oxunub: 809
Oxşar xəbərlər
- Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb