Mikayıl Cabbarov səfirlə görüşüb


15:51     20 İyul 2018 2018/07/cover-1532071470_1532073132.jpg

Vergilər Nazirliyində Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bert Şufs ilə görüş keçirilib.

Nazirlikdən Femida.az-a verilən xəbərə görə, vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda mövcud olan vergi mühiti və xarici investorlar üçün yaradılan şərait barədə məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər Azərbaycan və Belçika Krallığı arasında iqtisadi əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Femida.az

Açar sözlər:

Oxunub: 491