YAP jurnalistləri mükafatlandırdı
16:10 20 İyul 2018
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirilib.
Femida.az-ın məlumatına görə görüşdə, YAP-ın sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda dövlət mətbuata xüsusi diqqət ayırır, ölkədə oturuşmuş və inkişaf etmiş mətbuat var.
“İnformasiyanın yeni formaları yaranır, bu da mətbuat qarşısında yeni öhdəliklər qoyur. Bu gün sosial şəbəkələr geniş yayılır ki, bu da mətbuatın inhisarçılığını sanki sona gətirir. Mətbuat qarşısında rəqabətdə üstünlüklə bağlı bu mənada yeni vəzifələr ortaya çıxır. Bütün bunlara baxmayaraq, ənənəvi mətbuat indi də mövcuddur və inkişaf edir. Bizim də partiya olaraq bütün dönəmlərdə mətbuatla əməkdaşlığımız yüksək formada diqqət mərkəzindədir. Mətbuatımız milli maraqlar nöqteyi-nəzərindən çıxış etməyi bacarır".
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir, bu özünü mətbuat azadlığı sahəsində də göstərir: "Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir. Bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyik ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə təxribatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər, çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq-iqtidar birliyi var".
Sonda bir qrup jurnalist YAP tərəfindən mükafatlandırılıb.
Femida.az
Oxunub: 520
Oxşar xəbərlər
- YAP-a yeni sözçü təyin edilib
- Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
- Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib
- Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib
- Yaponiya Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq
- Yaponiya sahillərində gəmi yanaraq batıb, ölən, itkin düşənlər var
- Yaponiya səfirliyi Azərbaycana başsağlığı verib
- Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib
- YAP Aytac Əliyevanın həbsinə münasibət bildirib
- YAP avtomobillərini satışa çıxarır