Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb


16:29     20 İyul 2018 ebulfez-qarayev-liderxeber-640.jpg

Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax rayonunda vətəndaşlarla görüşüb.





Mədəniyyət Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazir Qazax şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edib.

Ə. Qarayev Qazaxda Heydər Əliyev Mərkəzi, Şəhidlər xiyabanını, Mütəfəkkirlər parkını ziyarət edib, Cümə məscidi, İsrafil ağa hamamı, vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyət göstərdiyi bina və Ədəbiyyat muzeyi ilə tanış olub.

Ədəbiyyat muzeyində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.


Femida.az

Açar sözlər:

Oxunub: 1363