Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub


17:48     20 İyul 2018 hokm.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, S.Abbasov Azər Cəlilovdan siqaret alveri etmək adı ilə 112 min manat pul alıb, vədinə əməl etməyib.

Digər zərərçəkmişlər Xalidə Quliyeva və S. Abbasovun tanışı Aytən Quliyevadır.

Femida.az

Açar sözlər:

Oxunub: 698