Keçmiş prezidentə hökm oxundu

Keçmiş prezidentə hökm oxundu

14:01     20 İyul 2018 2018/07/669622_1532080958.jpg

Cənubi Koreya məhkəməsi ölkənin keçmiş başçısı Pak Kın Heni dövlət vəsaitini israfçılıqla xərclədiyinə və partiya fəaliyyətinə müdaxilə etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edib.



Femida.az xəbər verir ki, bu barədə “Renxap” yazıb.

Məhkəmənin qərarına əsasən, eks-prezident Milli Kəşfiyyat Agentliyinin büdcəsindən vəsait sərf etdiyinə görə 6 il, iqtidar partiyasının namizədlərinin müəyyən edilməsindəki qanunsuz iştiraka görə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 3.3 milyard von (3 milyon dollara yaxın) məbləğində cərimələnib.

Xatırladaq ki, Cənubi Koreyanın keçmiş prezidenti bundan əvvəl korrupsiyaya görə də 24 il azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 555