Bu şirkət Azərbaycanda 250 mln. dollar vergi ödəyib

Bu şirkət Azərbaycanda 250 mln. dollar vergi ödəyib


18:15     20 İyul 2018 18_07_20_1532081854.jpg


"Coca-Cola" şirkəti Azərbaycanda fəaliyyət göstərməyə başlayandan ötən ilin sonuna qədər dövlət büdcəsinə 250 mln. ABŞ dolları məbləğində vergi ödəyib.

Bu barədə jurnalistlərə açıqlamasında şirkətin Qafqaz regionu üzrə yeni meneceri, əslən Rumıniyadan olan Adrian Çernautan deyib.

Xatırladaq ki, o, vəzifə səlahiyyərlərinin icrasına bu il iyulun 1-dən başlayıb. A.Çernautanın sözlərinə görə, təmsil etdiyi şirkət indiyə qədər Azərbaycandakı biznesinə 150 mln. dollar investisiya yatırıb. "Düşünürəm ki, Azərbaycan Qərb ölkələrinə nisbətən daha böyük inkişaf potensialına malikdir", - deyə o, qeyd edib. / report

Femida.az

Açar sözlər:

Oxunub: 200