FİFA Misiri cəzalandırdı - Yoxlama görüşünə görə


18:39     20 İyul 2018 fifa_platini.jpg

FİFA-nın İntizam Komitəsi Misir Futbol Assosiasiyasını cərimələyib.


Femida.az xəbər verir ki, buna səbəb DÇ-2018-dən əvvəl Misir yığmasının qadağan olunmuş vaxtda yoxlama görüşü keçirməsi olub. FİFA futbolçuların zədələnməsinin qarşısını almaq üçün 21-27 may aralığında yoxlama görüşləri keçirməyi qadağan etmişdi. Ancaq Misir bu qadağaya əhəmiyyət verməyərək, mayın 25-də Küveytlə qarşılaşmışdı - 1:1.

Məsələni araşdıran FİFA Misir Futbol Assosiasiyasına 50 min İsveçrə frankı cərimə kəsib.

Femida.az

Açar sözlər:

Oxunub: 646