İmişli və Siyəzəndə əmək yarmarkaları keçirilib
19:49 20 İyul 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları İmişli və Siyəzən rayonlarında keçirilib.
Nazilrikdən Femida.az-a verilən xəbərə görə, yarmarkalarda ümumilikdə 707 vakant (İmişli rayonunda 565, Siyəzən rayonunda 142 vakant iş yeri) işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Hər iki tədbirdə daimi iş yerləri ilə yanaşı, kənd təsərrüfatı sahələri üzrə mövsümi iş yerləri də təklif edilib.
Tədbirlərdə ayrı-ayrı işəgötürənlərin nümayəndələri də iştirak edib. Vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı işsiz və işaxtaran şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək, ödənişli ictimai işlərə göndərilmək üçün qeydiyyata götürülüblər.
Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 12 rayon və şəhərdə əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 311 müəssisədən 3,7 min vakant iş yeri təqdim edilib.
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var