Deputatlar Latviyaya gedir
21:01 20 İyul 2018
Milli Məclisin deputatları - Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qrupun üzvü Rüstəm Xəlilov iyulun 22-də Riqaya səfər edəcəklər.
Femida.az bildirir ki, səfərin məqsədi Latviya Bələdiyyələr İttifaqının təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etməkdir.
Seminar yerli özünüidarəetmə orqanları ilə bağlı yeni layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məsələlərinə həsr olunub.
Deputatlarımız müzakirələr zamanı çıxış edəcək, qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.
Millət vəkilləri, eyni zamanda, Azərbaycan Ticarət Evinin açılış mərasiminə də qatılacaqlar.
Səfər iyulun 25-də başa çatacaq.
Femida.az
Oxunub: 380
Oxşar xəbərlər
- Deputatların maaşı artırılır
- Deputatlar iri mühərrikli avtomobillərin aksiz vergisinin artırılmasına səs veriblər
- Deputatlarımız Şentop və Çavuşoğlu ilə görüşəcək
- Deputatlar bu gün toplaşır - 9 məsələ müzakirə ediləcək
- Deputatların bir qrupu peyvənd olunub
- Deputatlar 22 məsələni müzakirə edəcək - Siyahı
- Deputatlar tətilə çıxdı
- Deputatlar 7 məsələni müzakirə edəcək
- Deputatlar növbəti iclasda 12 məsələni müzakirə edəcək
- Deputatlar yenidən koronavirus testi verəcəklər