İstirahət günləri hava necə olacaq?


21:58     20 İyul 2018 hava22.jpg

Azərbaycanda istirahət günlərinin hava proqnozu açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılıb ki, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılıb ki, yaxın 2 gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-32 dərəcə isti təşkil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 522