700 bal toplayan abituriyentlər bu məktəblərin məzunlarıdır - SİYAHI

700 bal toplayan abituriyentlər bu məktəblərin məzunlarıdır - SİYAHI

18:19     20 İyul 2018 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlərin adlarını açıqlayıb.


DİM-dən Femida.az-a bildirilib ki, imtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya - İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və 700 bal toplayıb.

Femida.az

Açar sözlər: #məktəb   #təhsil   #imtahan  

Oxunub: 2568