Əli Kərimlinin müşaviri həbs edildi - TƏCİLİ


21:55     02 Oktyabr 2015 61F013A4-F986-458F-9A92-383EDB4849F8_w640_r1_cx0_cy7_cw0_s23.jpg

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahim həbs edilib.


Nərimanov rayon Məhkəməsindən Femida.az-a verilən məlumata görə, Məmməd İbrahim haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O cinayət məcəlləsinin 126 və 221-ci maddələri ilə təqsirli bilinir. İşin istintaqını Nərimanov rayon Polis idarəsinin İstantaq Şöbəsi aparır.

Qeyd edək ki, 29 sentyabr axşam saatlarında AXCP sədrinin müşaviri Məmməd İbrahim AXCP EQTK-nın Nərimanov şöbəsindən ali məclis üzvü Mikayıl Quliyevi döyərək ağır bədən xəsarəti yetirmişdi.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2146