Almaniyadan deportasiya olunanlarla bağlı RƏSMİ AÇIQLAMA


22:41     20 İyul 2018 vusal%20huseynov.jpg


Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.

Femida.az xəbər verir ki, onlar “Readmissiya haqqında” sazişə əsasən çarter reysi ilə Azərbaycana göndəriliblər.

Almaniyanın Bamberq, Valdsassen, Üiesburq, Kürten, Hoff, Rhede, Bocholt və digər şəhərlərində məskunlaşan Azərbaycan vətəndaşlarının Avropada qanunsuz əsaslarla yaşayanlar, yaxud Almaniya ərazisinə qanunsuz daxil olanlar olduğu bildirilir.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov azərbaycanlıların deportasiyası ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər:

“Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”.

Femida.az

Açar sözlər: #Vüsal_Heseynov   #Almaniya   #DMX   #miqrasiya   #deportasiya  

Oxunub: 3598