Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutuldu

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutuldu


23:28     20 İyul 2018 18_07_20_1532098742.jpg


Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub.

DİN-dən Femida.az-a verilən məlumata görə, iyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən F.Şahsuvarov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: Hacıqabul   DİN  

Oxunub: 255