"BakuBus"dan sərxoş sərnişinlərlə bağlı AÇIQLAMA


23:47     20 İyul 2018 18_07_20_1532099044.jpg


"BakuBus"ın istifadəsində olan avtobuslara ev heyvanlarının və içkili sərnişinlərin girişinə qadağa qoyulub.

Femida.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "BakuBus"MMC-nin direktor müavini Azər Qasımov bildirib.

O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bu Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir".

Femida.az

Açar sözlər: bakubus  

Oxunub: 546