AzTV sədrini öldürmək istəyənlərə hökm oxundu
00:08 21 İyul 2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücaət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Femida.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş.Əkbərov son söz deyib. O, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib.
Sonra məhkəmə kollegiyası müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Ş.Əkbərov 18 il, Z.Şirinov 16 il, Q.Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
A.Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.
Femida.az
Oxunub: 564
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- AzTV-də yeni kadr təyinatı olub
- AzTV-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində öldü
- AzTV şəhidlərə görə efir proqramını dəyişdi
- Prezident AZTV-yə müsahibə verib - TAM MƏTN
- Prezident AZTV-yə müsahibə verib
- AzTV HD yayıma başlayır
- AzTV-də audit yoxlaması aparılır
- AZTV-də Heydər Əliyevin nadir kadrları nümayiş olunacaq
- 65 il, 65 müsahib, 65 dəqiqə... - AzTV-nin yaranması ilə bağlı maraqlı sənədli film