Goranboyda ev yandı


01:40     21 İyul 2018 yangin_38673636.jpg

Goranboyda ev yanıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, rayonun Aşağı Ağcakənd qəsəbəsində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik yardımçı tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 319