Bakıda gənc oğlanı ürəyindən bıçaqlayıb öldürdülər


13:04     21 İyul 2018 bicaq.jpg


Bakıda gənc oğlan ürəyindən qətlə yetirilib.

Hadisə Nəsimi rayonunda baş verib.

Ötən gün gecə saatlarında "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazidə 1990-cı il təvəllüdlü Rəşad Əliyev naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əliyev ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb./Report

Femida.az

Açar sözlər: #Bakı   #bıçaqlanma  

Oxunub: 346