Çoxuşaqlı ailələr ən çox bu rayonlarda yaşayır


15:07     21 İyul 2018 18_07_21_1532156820.jpg

2018-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 2904 qadının 18 yaşına çatmamış 8906 uşağına aylıq sosial müavinət ödənilir.

Femida.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. Onun sözlərinə görə, beşdən çox uşağı olduğuna görə hər bir uşağına aylıq sosial müavinət ödənilən qadınların sayı Cəlilabad, Yardımlı, Yevlax, Astara, Lerik, Quba rayonlarında üstünlük təşkil edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Fərmana əsasən, 2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinət verilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1257