Azərbaycanlı qadınları Türkiyədə "satan" şəxs tutuldu


15:39     21 İyul 2018 2018/07/qadinqqq_1531385432.png

Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb.



İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Femida.az-a verilən məlumata görə, baş idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədova Güllər Kamal qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2537