“Dağlı Sinan” əl-ayağı bağlı şəkildə Azərbaycana gətirildi - FOTO, VİDEO
16:05 21 İyul 2018
Almaniyadan deportasiya edilən azərbaycanlılar içərisində kriminal avtoritet də olub.
Femida.az xəbər verir ki, bu günlərdə Almaniyadan Azərbaycana göndərilən və əl-ayaqları qandallı şəkildə görüntüsü yayılan Bayramzadə Sinan Ədalət oğlunun kriminal qruplaşma üzvü olduğu məlum olub. O kriminal aləmdə “Dağlı Sinan” ayaması ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu bildirilir.
Miqrasiya Xidmətinin rəsmi açıqlmasında bildirib ki, deportasiya olunan azərbaycanlılardan yalnız Sinan Bayramzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, digərləri isə sənədləşmə işləri aparılandan sonra sərbəst buraxılıb.
Xatırladaq ki, bir müddət əvvəl kriminal aləmə bağlı mənbələrdə Sinan Bayramzadənin doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu şəxsləri üçün Almaniyada ziyafət təşkil etməsi barədə məlumatlar və görüntülər yayılıb. Həmin məclisdə Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məşhur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramzadəni təbrik ediblər.
Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də Bakıya göndərilib.
Femida.az
Oxunub: 5254
Oxşar xəbərlər
- Abşeronda qətl törədən kriminal avtoritetə 18 il həbs cəzası verilib
- Ötən il Azərbaycanda 268 kriminal qrup zərərsizləşdirilib
- Bakıda qətl törədən kriminal avtoritetin məhkəməsində şahid dindirilib
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib
- Ötən günün kriminal xronikası
- Ötən 24 saatın kriminal xronikası