Düşmən ordumuzun gücü qarşısında aciz qaldı


22:19     02 Oktyabr 2015 default4.jpg


Son günlər Azərbaycan - Ermənistan cəbhə xəttində vəziyyətin gərginləşməsi və güclü ordumuzun düşmənə kəskin cavabı onları qorxuya salıb. Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, düşmən tərəfi ordumuzun kəşfiyyat qrupunun və cavab zərbələrinin qarşısını almaqda aciz qaldığı üçün cəbhə xəttində yeni siqnalizasiya sistemi quraşdırır. Bu işləri Ermənistanın “Lokator” şirkətinin mühəndisləri həyata keçirir.

Həmçinin sərhəddə müşahidə cihazları quraşdırılır. Bu cihazlar vasitəsi ilə bir neçə gün baş verən hadisələri izləmək olacaq.

Şirkətin mühəndisi Kаrеn Qriqoryan görülən işlər bunları bildirib:
"Əgər əvvəllər nəzarət zamanı çətinlik yaranırdısa, indi avtomatik elektrik motoru ilə çalışan nəzarət cihazları ilə daha yaxşı nəticə əldə etmək olacaq. Bundan əlavə biz standart pulemyotlar və tank əleyhinə qumbaraların da mühafizə sisteminə əlavə etmək üzərində çalışırıq” .


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1363