Fransa Qarabağda sülhün təminatı üçün məsuliyyət daşıyır - Makron

"Fransa Qarabağda sülhün təminatı üçün məsuliyyət daşıyır" - Makron

12:34     21 İyul 2018 18_07_21_1532161881.jpg


"Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına bölgə xalqlarının maraqları əsasında töhfə verməyə davam edəcək".

Femida.az TASS Agentliyinə istinadən xəbər verir ki, bu fikirlər Parisdə Azərbaycan və Fransa prezidentlərinin görüşündən sonra yayımlanan bəyannamədə yer alıb.

Fransa prezidenti Emanuel Makronun bəyannaməsində bu sözlər yer alıb:

"Cənab İlham Əliyevlə Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apardıq. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bölgədə sülhün təminatı üçün məsuliyyət daşıyır.

Bu münaqişənin bölgə xalqlarının mənfəəti nəzərə alınmaqla yalnız danışıqlar yolu ilə həlli istiqamətində işlərimizi davam etdirəcəyik.

11 iyulda Brüsseldə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü yüksək qiymətlənidirirəm. Fransa prezidenti kimi məsələni diqqətlə təqib edəcək, Rusiya və Amerikalı həmsədrlərlə birlikdə irəliləyişə nail olmaq üçün bütün cəhdlərə baş vuracağıq".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Fransa   #Qarabağ   #Makron   #Ermənistan   #siyasət  

Oxunub: 1658