Paşinyan Ermənistan müdafiə nazirliyinin əlavə büdcəsini ləğv etdi


16:58     21 İyul 2018 18_07_21_1532164152.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirliyinin əlavə büdcəsini ləğv edib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu günlərdə Ermənistanda əlavə büdcədən faydalanan şəxslərə və qurumlara bildirilib ki, bundan sonra bu vəsaitlər daha olmayacaq, onlar yalnız dövlət büdcəsindən ayrılan vəsaitlərlə kifayətlənməlidirlər.

Qurumlar daxilində bir sıra şəxslər fakt qarşısında qalıblar. Belə ki, hökumət büdcədən kənar vəsaitlərlə müxtəlif "deşikləri" bağlayır, tədbirlər təşkil edir, arada pul qazanır, həmçinin veteranlara da müəyyən pul ayırırdı.

Bundan sonra isə illərdir büdcədən kənar vəsaitlərin hara sərf edildiyini aydınlaşdırmaq məqsədilə yoxlamaların keçirilməsi istisna edilmir. Nəticədə Ermənistanda bir çox vəzifəli şəxsin məhkəmə önündə çıxacağı qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 380