Yol polisi Cəlilabadda reyd keçirib


19:09     21 İyul 2018 trend_dyp_main.jpg

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonun müxtəlif yerlərində ciddi qayda pozuntularına yol verən sürücülərə qarşı reyd keçirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə reydin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, ciddi qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq idi.

Reyd zamanı daha çox ötmə, manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan, sərnişindaşıma qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən edilib və onlar barəsində inzibati protokol tərtib edilib.

Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür reydlər bundan sonra da davam etdiriləcək.


Femida.az

Açar sözlər:

Oxunub: 453