İranda ordu və PKK arasında qarşıdurma: 11 hərbçi həlak olub


18:29     21 İyul 2018 18_07_21_1532169092.jpg


İranın İraqla sərhəd Sənəndac vilayətində ordu ilə bölgədəki PKK terrorçuları arasında qarşıdurma baş verib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Sənəndac Polis idarəsindən bildirilən açıqlamada qeyd olunub.

Bölmənin rəhbəri Rəza Mirzəyi bildirib ki, bu gün səhər saatlarında terrorçular ərazidəki hərbi hissəyə hücum ediblər.

Qeyd edək ki, 2 saat davam edən qarşıdurma nəticəsində 11 hərbçi həlak olub, 8 mülki vətəndaş yaralanıb.

Femida.az

Açar sözlər: PKK   İran  

Oxunub: 403