Dağıstandakı qəzada xəsarət alanların hamısı azərbaycanlıdır - Yenilənib

Dağıstandakı qəzada xəsarət alanların hamısı azərbaycanlıdır - Yenilənib


20:06     21 İyul 2018 publika.az1397292007qeza.jpg


Dağıstanda şənbə günü baş verən yol qəzasında xəsarət alan 10 nəfərin hamısı Azərbaycan vətəndaşlarıdır.

Femida.az bildirir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Məlumatda deyilir ki, hazırda xəstəxanalarda 5 nəfər müalicə alır. Qalan 5 nəfər isə ambulator müayinəyə göndərilib.

Qəzada həlak olanlara gəldikdə isə, onlar sürücü və minik avtomobilinin sərnişinidir.

Qeyd edək ki, Mercedes Sprinter mikroavtobusu ilə VAZ-2114 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Hadisə İzberbaş şəhəri yaxınlığında, "Qafqaz" avtoyolunda baş verib.


***

Dağıstanda “Qafqaz” federal trasında böyük avtomobil qəzası baş verib.

Femida.az xəbər verir ki, qəzaya səbəb minik avtomobilinin “Qazel” markalı mikroavtobusla toqquşması olub. Nəticədə iki nəfər həlak 10 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Rusiya Səhiyyə Nazirliyi “Qazel”də yaralanan şəxslərin hamısının Azərbaycan vətəndaşı olduğunu açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1441