Övladının ölümünə dözməyən ana intihar etdi - Sumqayıtda faciəvi olay


21:24     21 İyul 2018 qadin%20intihar9.jpg


Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.

Femida.az-ın Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib.

Belə ki, hələlik adı məlum olmayan orta yaşlı qadın binanın damına çıxaraq özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək edək ki, intihar edən qadın bir müddət əvvəl imtahanda bal toplaya bilməyərək özünü eyni yerdən atan gəncin anasıdır. Hazırda həmin qadının kimliyi müəyyən edilir.

Faktla bağlı araşdlrma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 4902