Elektrik ixracına görə gəlirlərimiz 2 dəfə artıb
21:58 21 İyul 2018
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 54 606,24 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Femida.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 507,5 min dollar və yaxud 2,2 dəfə çoxdur.
Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 156 305,90 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin ilk yarısına nisbətən 571 878,54 min kVt/saat və yaxud 97,85% yaxud 2 dəfə çoxdur.
Yanvar-iyun aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.
Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb
- Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Neftçalada elektrik cərəyanı tibb bacısını vuraraq öldürüb
- Yevlaxda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
- "Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib
- Gəncədə elektrik cərəyanı 30 yaşlı kişini vuraraq öldürüb
- Ağcabədi sakinini elektrik cərəyanı vuraraq öldürüb
- Cəlilabadda ustanı elektrik cərəyanı vuraraq öldürüb
- Bakıda şirkət əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb
- Qaxda evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanılıb